Britaniya Suriya hüquq-mühafizə orqanlarına qarşı sanksiyaları ləğv edib


Böyük Britaniya hökuməti Suriya Müdafiə Nazirliyinə və Suriyanın bir sıra digər hökumət idarələrinə qarşı sanksiyaları ləğv etmək qərarına gəlib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İngiltərə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Daxili İşlər Nazirliyi, Baş Kəşfiyyat İdarəsi, Hava Kəşfiyyatı Qüvvələri, Siyasi Təhlükəsizlik İdarəsi, hərbi kəşfiyyat, ordunun təchizat bürosu və bir sıra KİV-lərə qarşı sanksiyalar ləğv edilir.

Bundan sonra bu strukturların aktivlərinin dondurulması tədbirləri tətbiq edilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu