Böyük Britaniya Suriya banklarına və neft şirkətlərinə qarşı sanksiyaları ləğv edib

Britaniya hökuməti Suriyanın bir sıra banklarına, o cümlədən ölkənin mərkəzi bankına, eləcə də neft şirkətlərinə qarşı sanksiyaları ləğv edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, müvafiq sənəd Böyük Britaniya Maliyyə Nazirliyinin saytında yerləşdirilib.
Qara siyahıdan çıxarılan neft şirkətləri "Al Furat", "Deir Ez-Zur", "Dula", "Ebla", "General Petroleum Corporation", "Mahrukat", "Overseas Petroleum Trading", "Syria Trading Oil Company" (Sytrol), Suriya Neft Nəqliyyatı Şirkəti, Suriya Neft Şirkəti, həmçinin "The Homs" emal şirkəti və "The Baniyas" emal şirkətidir.
Suriya Ərəb Hava Yollarına və Sənaye Bankı və Suriya Kommersiya Bankı da daxil olmaqla 8 banka qarşı sanksiyalar ləğv edilib.