Fransada bir fermerin torpağında 150 tondan çox qızıl aşkar edilib

Fransada fermer Mişel Düponun torpağında təxminən 4 milyard avro dəyərində olan 150 tondan çox qızıl aşkar edilib.
Fransız mətbuatında çıxan xəbərlərə görə, Düpon Auvergne bölgəsində diqqətini çəkən kənd təsərrüfatı sahəsini qazarkən bir neçə qızıl parçası tapıb.
Hadisə yerinə gələn geoloqlar tərəfindən aparılan araşdırmalarda sözügedən ərazidə 150 tondan çox qızılın olduğu müəyyən edilib.
Qızıl yatağının təxminən 4 milyard avro dəyərində olduğu təxmin edilir ki, bu da onu son illərdə ölkədəki ən böyük qızıl kəşflərindən birinə çevirir.
Rəsmi orqanlar bölgədə təbiətin mühafizəsi üçün araşdırmaların aparılmasını tələb edərək, Düponun ərazisində qızıl hasilatına hələlik icazə verməyib.
Qeyd edək ki, Fransada qızıl yataqlarının istismarı hökumətin yurisdiksiyasına aiddir.
İqtisadi ekspertlər sözügedən qızılın çıxarılmasının yüzlərlə insanı işlə təmin etməklə region iqtisadiyyatına əhəmiyyətli töhfə verə biləcəyini desələr də, ekoloji müdafiəçilər belə bir fəaliyyətin təbiətə mənfi təsir göstərə biləcəyini iddia edirlər.