240 min dollar dəyərində qızıl külçə tapdı


Avstraliyada yaşayan treyder Darren Kamp metal detektoru ilə qızıl külçə tapıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, tapılan qızıl külçənin dəyəri təxminən 240 min dollardır.

Tapıntının müəllifi bildirib ki, o, cihazı sınaqdan keçirərkən metal detektoru yerdə nəsə əşya olduğunu göstərib. Avstraliyalı torpağı qazdıqdan sonra çəkisi 4,5 kiloqram olan qızıl külçə tapıb. O, bu tapıntının nə qədər dəyərli olduğunu öyrənmək üçün onu zərgərlik mağazasına aparıb və qiyməti eşidəndə şok olub.

Özünü xoşbəxt hiss etdiyini deyən Daren Kamp qızıla görə ona təxminən 10 min dollar ödənəcəyinə inanırdı, lakin ekspert 240 min dollar məbləği göstərib. "Əlimdəki külçəni mənə verəndə çənəm yerə düşdü. Mən 43 ildir ki, qızıl hasilatı sənayesində işləyirəm və bu, gördüyüm ən böyük parçadır" - deyə o, etiraf edib.

Daren Kamp özü qızıl satışından gələn pulu nə edəcəyini deməsə də, həyat yoldaşının xoşbəxt olacağını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu