Azərbaycanda qızıla tələbat niyə azalıb?


Dünyada hökm sürən qeyri-stabil vəziyyət bir çox sahələrə olduğu kimi, qızıl bazarına da təsir göstərib. Hazırda qızıl qiymətlərinin aşağı düşməsi, eyni zamanda qızıl zərgərlik məmulatlarına olan marağın enməsi də məhz qlobal səbəblərlə bağlıdır.

Bəs Azərbaycanda bu bazarda vəziyyət necədir?

Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev mövzu ilə bağlı “Report”a bildirib ki, Məhərrəm ayı ilə bağlı ölkədə toy şənliklərinin keçirilməməsi qızıl bazarında özünü göstərir:

“Yay ayları olduğundan daimi alıcıların istirahətdə olmasına görə də qızıl bazarında durğunluq yaşanır. Ölkəyə turist axını olsa da, bu, bazarda canlanmaya səbəb olmayıb. Sentyabrın axırından başlayaraq qızıl bazarının aktivləşəcəyi gözlənilir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu