Rutte ABŞ-ın Ukrayna münaqişəsində mövqeyinə təsir etməyə çalışır

NATO-nun baş katibi Mark Rutte Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Tramp administrasiyasını Moskva ilə sülh danışıqları ilə bağlı Kiyevə təzyiq etməməyə çağırmaq niyyətindədir.
AFN.az xəbər verir ki, bu barədə “Financial Times” diplomatik dairələrdəki mənbələrə istinadən yazır.
"Əsas mesaj amerikalılara təhlükənin nə olduğunu başa düşməkdir" - deyə NATO diplomatlarından biri bildirib.
Nəşrin mənbələri qeyd edirlər ki, Rutte Tramp administrasiyasını münaqişənin birtərəfli qaydada nizamlanması risklərinə inandırmağa çalışacaq. Diplomatların fikrincə, bu, Avropanın təhlükəsizliyinə xələl gətirə bilər.
Şimali Atlantika Alyansının baş katibi aprelin 24 və 25-də ABŞ-da səfərdə olacaq.