Tramp ABŞ-ın Ukrayna danışıqlarından çıxma ehtimalı haqda danışıb

İki həftədən sonra ABŞ-ın Ukraynada nizamlanmanı asanlaşdırmaq cəhdlərinin mümkün dayandırılması, həmçinin Vaşinqtonun Kiyevə hərbi yardım göstərməsi məsələsi qaldırıla bilər.
AFN.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp danışıb. O, Ukraynadakı münaqişənin həlli istiqamətində hazırkı danışıqların uğurlu olacağına ümid etdiyini bildirib.
Amerika lideri Ağ Evin Oval kabinetində Norveçin baş naziri Jonas Gahr Störe ilə görüşünün protokol çəkilişi zamanı jurnalistlərin suallarını cavablandırıb. "Gəlin, gözləyək görək nə baş verəcək. Mən düşünürəm ki, razılaşacağıq" - deyə Tramp "ABŞ-ın Ukrayna üzrə danışıqlardan mümkün çıxması Vaşinqtondan Kiyevə silah və hərbi texnika tədarükünün dayandırılması və onun Amerika kəşfiyyatı məlumatı ilə təmin olunması demək olacaqmı" sualını cavablandırarkən qeyd edib.
O, qeyd edib: "Əgər biz razılığa gəlsək, bu, əla olar, sualınızın cavabı ilə bağlı narahat olmayaq. Siz yenidən iki həftədən sonra bu sualı verə bilərsiniz, onda biz dəqiq vəziyyəti biləcəyik. Ancaq düşünürəm ki, biz razılığa çox yaxınlaşırıq".