“Qərbi Azərbaycanın yemək inciləri”: geniş təqdimat keçirilib

2025-ci il 17 may tarixində Xətai ART Studio-da “PeşəkarQənnadçılar” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qərbi Azərbaycanın yemək inciləri” adlı layihəçərçivəsində möhtəşəm tədbir keçirildi.
Tədbirin məqsədi Qərbi Azərbaycana məxsus qədim vəzəngin kulinariya ənənələrinin öyrənilməsi, qorunması vətəbliğ edilməsi, mətbəx irsinin gələcək nəsillərə ötürülməsi, eyni zamanda bu irsin ictimaiyyət arasında tanıdılması istiqamətində fəaliyyətlərin genişləndirilməsi idi. Layihə həm də mədəni irsin qida mədəniyyəti kontekstində təqdim olunması, gənclərin, qadınların və yaradıcı şəxslərin buprosesə cəlb edilməsi baxımından əhəmiyyətli platformaya çevrildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Daha sonra “Peşəkar Qənnadçılar” İctimai Birliyinin sədri Eynur Nağdəliyev açılış nitqi ilə çıxış edərək layihənin məqsədləri və əhəmiyyəti barədə geniş məlumat verdi. O, bildirdi ki, bu təşəbbüs yalnız kulinariya irsini deyil, bütövlükdə Qərbi Azərbaycanın mədəni yaddaşını qorumağa və gələcək nəsillərə ötürməyə xidmət edir. Onun sözlərinə görə, layihə çərçivəsində toplanmış məlumatlar və hazırlanmış təqdimatlar gələcəkdə kitab vəsənədli film formatında təqdim olunacaq.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Günay Vəliyeva çıxışında vurğuladı ki, bu kimi layihələr qeyri-hökuməttəşkilatlarının mədəni irsin qorunmasında və təbliğindəoynadığı mühüm rolu bir daha sübut edir. O qeyd etdi ki, Agentlik tərəfindən gələcəkdə də bu istiqamətdətəşəbbüslər hərtərəfli dəstəklənəcək.
Qida Təhlükəsizliyi Hərəkatının sədri Məhsəti Hüseynova isə çıxışında Qərbi Azərbaycanın qida mədəniyyətinin yalnız mətbəx sənəti deyil, həm də bir xalqın kimliyini vətarixini yaşadan dəyərlər olduğunu vurğuladı. O, bu irsinhəm mədəni, həm də qida təhlükəsizliyi baxımından öyrənilməsinin vacibliyini qeyd etdi.
Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədriİradə Rzazadə bildirdi ki, bu kimi layihələr mədəni vəsosial inteqrasiyanı gücləndirir. Onun sözlərinə görə, xüsusilə qadınların və gənclərin bu irslə tanışlığı onların sosial-iqtisadi fəallığını artırmaqla yanaşı, mədəni özünüdərkinə də müsbət təsir göstərir.
“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxışında gənclərin bu cür layihələrə cəlb olunmasının onların milli-mənəvi dəyərlərlə bağlılığını gücləndirdiyini qeyd etdi və gələcəkdə bu mövzuda daha geniş miqyaslı fəaliyyətlərin həyata keçirilməsinin vacibliyini vurğuladı.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli çıxışında qeyd etdi ki, Qərbi Azərbaycanın mədəni irsi bütövlükdə Azərbaycan xalqının tarixi yaddaşıdır və bu dəyərlərin qorunması hər bir vətəndaşın mənəvi borcudur.
Tədbir çərçivəsində Qərbi Azərbaycan mətbəxinə həsredilmiş rəsm və kulinariya müsabiqələrinin qalibləri elan olundu. Qaliblərə qiymətli hədiyyələr, pul mükafatları vətəşəkkür plaketləri təqdim olundu. Həmçinin tədbir iştirakçıları üçün Qərbi Azərbaycana məxsus müxtəlif şirniyyatlar və yeməklərdən ibarət təqdimat və dadım sessiyası təşkil olundu. Qonaqlar qədim reseptlər əsasında hazırlanmış yeməklərin dadına baxaraq bu zəngin mətbəxin dad və təqdimat mədəniyyəti ilə yaxından tanış oldular.
Tədbir tanınmış müğənnilərin iştirakı ilə baş tutan bədii konsert proqramı ilə yekunlaşdı. Konsertdə milli musiqi nümunələri və xalq mahnılarının ifası tədbirə əlavə rəng qatdı.
“Qərbi Azərbaycanın yemək inciləri” layihəsi çərçivəsində keçirilən bu tədbir, təkcə kulinariya sahəsində deyil, həmdə mədəni irsin qorunması və təbliği sahəsində ictimai səviyyədə ciddi rezonans doğurdu.