Gürcüstanın turizm gəlirləri ötən il 84% azalıb


2020-ci ildə Gürcüstanın turizmdən əldə etdiyi gəlirlər 541,7 milyon ABŞ dolları təşkil edib.



“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Bankının analitik hesabatında bildirilib.

Sənədə əsasən, bu məbləğ koronavirus pandemiyası səbəbindən illik müqayisədə 84% azalıb.

Gəlirin əsas hissəsi – 427,7 milyon dolları ötən ilin I rübünün payına düşüb.

Keçən il turizmdən ən çox gəlir 193,4 milyon dollar olmaqla yanvar, ən az gəlir isə 8,5 milyon dollar olmaqla aprel ayında qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu