Rusiyada koronavirusdan ölənlərin sayı 69 mini ötüb


Rusiyada son sutka ərzində daha 21 127 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.



APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 3 719 400 nəfərə çatıb.

Son sutka ərzində 491 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 69 462 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu