Bir sutkada Gürcüstanda koronavirusdan 10 nəfər öldü


Gürcüstanda ötən sutkada koronavirusa 390 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər vəfat edib.



“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat verilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 272 262-yə, ölənlərin sayı isə 3 563-ə yüksəlib.

Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 172 nəfər artaraq 266 253-ə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu