Gürcüstanda COVID-19-dan ölənlərin sayı 60-ı ötüb
![](https://static.report.az/photo/b2ca0581-908e-3b15-aa45-61ffecd6f1b7_850.jpg)
Gürcüstanda son sutkada koronavirusdan 4 ölüm faktı qeydə alınıb.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19 səbəbindən vəfat edənlərin sayı 62 olub.
Xəstəlikdən sağalanların sayı isə son 24 saat ərzində 348 nəfər artaraq 5 235-ə çatıb.