“Ermənistanda dövlətin iflası, hərbi və psixoloji məğlubiyyət davam edir” - Hərbi-siyasi icmalçı


Postsovet məkanında diktatura və demokratiyanın, habelə hibrid rejimlərin qurulması ilə nəticələnən müxtəlif siyasi proseslər, rəngli və ağ-qara inqilablar, vətəndaş və dövlətlərarası müharibələr, hətta saray çevrilişləri və hakimiyyətin miras yolu ilə ötürülməsi belə baş verib. Burada yalnız bir şey olmayıb: klassik hərbi çevriliş.


Əgər ordu Paşinyanı devirərək yeni seçkilərə qədər müvəqqəti bir hökumət təyin etsə, bu, postsovet məkanında ilk hərbi idarəetmə olacaqdır. Belədə Ermənistan, dövlətinə ordunun nəzarət etdiyi Yaxın Şərq və Cənubi Asiya ölkələri sırasına daxil olacaq. Bu isə, həm də, ordunu idarəetmədən kənarda saxlayan sovet ənənəsindən uzaqlaşmaq demək olacaq. Bu yenilik baş verəcəkmi? Baş verərsə, Ermənistanda, regionda hansı dəyişikliklərə səbəb ola bilər?

Ermənistanda baş verən hadisələrlə bağlı açıqlama verən hərbi-siyasi icmalçı Nazim Bayramov bildirdi ki, tarixi retrospektivdə baxsaq, post-sovet məkanında (Pribaltikanı çıxmaqla) bərqərar olmuş avtoritar idarəetmə heç də bu coğrafiyada demokratiyadan geri çəkilmə nəticəsində yaranmış sistemlər deyil, sadəcə tarixi ənənə və daha sonra sovet totalitarizmindən və mentallıqdan azad cəmiyyətə və milli dövlətçilik dəyərlərinə keçid mərhələsidir: “Bu dövrdə ziddiyyətlər, böhranlar və kataklizmlər qaçılmazdır. Post-sovet məkanında gedən proseslər bu qanunauyğunluqdan irəli gəlir və bütövlükdə “bir addım irəli, iki addım geri” alqoritmi ilə gedir. Təcrübə göstərir ki, post-sovet ölkələrində sərt və ya yumşaq avtoritarizm daha effektiv rejimlə əvəzlənməyib. Xalqlar müxtəlif rəngli inqlablar yolu ilə hakimiyyətə gətirdikləri oxlokratiyaları “dişlərinə vururlar” və uzun turbulentlik zonasına düşürlər. Ukrayna başda olmaqla, bu prosesdə hərhansı “sahilə çıxan” hələ olmayıb”.

Ermənistana gəldikdə isə, “onun yolu bu dövlətin rəsmi siyasi ekstremizm ideologiyası və işğalçılıq siyasəti ilə ağırlaşmışdır. Ermənistanda hazırda müşahidə etdiyimiz nə növbəti məxməri inqlabdır, nə “elitaların müharibəsi”. Bu böhranın mahiyyətini ən dəqiq elə prezident A.Sarkisyan müharibədən sonra erməni ictimaiyyəti ilə görüşündə ifadə etdi: “Üçüncü Respublika iflasa uğramışdır”. Bu, daha miqyaslı və əhəmiyyətli tarixi hadisədir. Dövlətin iflasa uğraması şəraitində, ağır hərbi və psixoloji məğlubiyyətin məsuliyyətini üzərindən atmaq istəyən erməni generalitetinin siyasi proseslərə müdaxiləsi o qədər də gözlənilməz deyildi.

Beləliklə, Ermənistanda yalnız 2018-ci ildə baş verənlər özünün oliqarxik avtorkratiyadan qurtulmaq hissəsində post-sovet məkanında baş verənlərə xas idi.

Ermənistanda Paşinyana qarşı hərbi çevriliş, yaxud hərbi generalitetin qiyamı sırf ermənidaxili proseslərin nəticəsidir və siyasi mübarizədə məqbul qayda kimi post-sovet məkanına transfer olmayacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu