Husilər: ABŞ və İngiltərə hücumları məqsədlərinə çata bilmədi


Husilərin lideri Əbdülməlik əl-Husi ABŞ və Böyük Britaniyanın husilərin nəzarətində olan bölgələrə hücumlarında məqsədlərinə çata bilmədiklərini deyib.


Əbdülməlik əl-Husi rəhbərlik etdiyi qruplaşmaya aid Əl-Mesira televiziyasında çıxışında deyib ki, onun qüvvələri İsrailin hücumları dayanana qədər Qırmızı dənizdəki əməliyyatlarını davam etdirəcək.

Böyük Britaniya və ABŞ-ın husilərin nəzarətindəki hədəflərə qarşı hücumlarının məqsədlərinə çatmadığını ifadə edən Husi, bu iki ölkənin hərbi səviyyədə İsrail ilə əlaqəli gəmiləri husilərdən qorumaqda tamamilə uğursuz olduğunu bildirib.

İsrailə dəstək verən Amerika-İngiltərə hücumlarına baxmayaraq, Yəməndəki cəbhə müharibəsinin təsirli şəkildə davam etdiyini bildirən Husi, İsrailin Qəzzaya hücumlarını davam etdirdiyi müddətcə onların da Yəməndəki bütün fəaliyyətlərinin davam edəcəyini bildirib.

Husi bildirib ki, ABŞ və Böyük Britaniya bu həftə Yəmənə qarşı 40 hücum həyata keçirib, onların əksəriyyəti Hudeyda şəhərinə qarşı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu