Zelenski və Putin arasında telefon danışığı olub


Zelenski və Putin arasında telefon danışığı olub


Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın Ukrayna Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Ukrayna və Rusiya liderləri 2019-cu dekabrın 9-da Parisdə keçirilən "Normandiya dördlüyü" görüşündə əldə edilmiş razılaşmaların həyata keçirilməsini, həmçinin növbəti görüşə hazırlıq məsələlərini müzakirə ediblər.

Tərəflər Donbass və Krımda, eləcə də Rusiya Federasiyasında saxlanılan Ukrayna vətəndaşlarının sərbəst buraxılması prosesi barədə də danışıblar.

Ukrayna və Rusiya dövlət başçıları əldə olunan razılaşmaları həyata keçirmək Üçtərəfli Təmas Qrupu səviyyəsində işlərin intensivləşdirilməsinin vacibliyi barədə razılığa gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu