Dövlət başçısı: "Ermənistanda baş verənlər tragikomediyadır"


“Prinsipcə, Ermənistanda baş verənlər tragikomediya səhnəsini xatırladır. Mən bunu belə xarakterizə edərdim. Təsəvvür edin, onların təyyarəsi yoxa çıxır, onlar bilmirlər təyyarələri hardadır, hansı istiqamətə uçduğunu bilmirlər, pilotlar gizləniblər, təyyarə yoxa çıxıb və onlar oturub düşünürlər ki, təyyarəni kim oğurlayıb”.



AFN-in xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Bundan başqa, Abu-Dabidə İDEX sərgisində (beynəlxalq müdafiə sərgisi – “Report”) Ermənistan stendi heç vaxt olmadığı qədər təmiz idi. Orada heç bir eksponat yox idi. Digər tərəfdən, göstərməklərə nələri var ki? Axı onların hərbi istehsalı yoxdur. Başqa tərəfdən, onun-bunun arxasınca düşüb özünü ona-buna oxşatmağa nə ehtiyac var ki, orada stendin olsun? Bütün dünyaya biabır oldular. Hamı öz məhsulunu gətirib, erməni stendində isə hansısa bukletlər idi. Bu, biabırçılıqdır. Daha sonra deyirlər ki, “İsgəndər” raketi atılıb və 10 % partlayıb. Bu, lətifədir”, - dövlət başçısı vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu