Ramiz Mehdiyev, Əli Həsənov və Siyavuş Novruzov YAP İdarə Heyətindən çıxarıldılar


Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılan şəxslərin adları məlum olub.



Bu barədə "Report"a İdarə Heyətindən məlumat verib.

Bildirilib ki, İdarə Heyətinin keçmiş üzvləri Əli Həsənov (Prezidentin keçmiş köməkçisi) və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıblar.

AMEA rəhbəri Ramiz Mehdiyev yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib (R.Mehdiyev bu günədək partiyanın Siyasi Şurasının üzvü idi)

Qeyd edək ki, Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu