Amnistiya Aktı 100 qadına şamil olunacaq


“Ənənəvi olaraq amnistiya qərarları bayram günləri ilə bağlı qəbul olunur”.


Bunu Milli Məclis sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin bu gün keçirilən iclasında deyib.

“Akta əsasən, təxminən, 3 min məhkum azadlığa buraxılacaq. Ehtiyatsızlıqdan cinayət törətmiş 1 000-dən çox şəxs, himayəsində uşağı olan, təxminən, 600 nəfər və təxminən, 100 qadın amnistiyaya düşəcək. Onu da qeyd edim ki, indidən dəqiq rəqəmləri söyləmək çətindir. Rəqəmlərin təqribən, bu civarda olacağı gözlənilir”, - o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu