Göygöldə iki yük avtomobili toqquşub, Türkiyə vətəndaşı ölüb


Göygöldə ağır yol-nəqliyyat hadisəsi zamanı Türkiyə vətəndaşı dünyasını dəyişib.


"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza "TIR" markalı yük maşının digər yük maşını ilə toqquşması nəticəsində qeydə alınıb. Nəticədə Türkiyə vətəndaşı, 1979-cu il təvəllüdlü Mecid Bakir hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu