AVRO-2020-yə yenidən 100 gün qaldı: 100-ü keçənlərin siyahısı yeniləndi


Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan və iyunun 11-də start götürəcək futbol üzrə Avropa çempionatına yenidən 100 gün qalır.



"Report"un məlumatına görə, bununla əlaqədar UEFA-nın rəsmi saytı ötən il olduğu kimi, iştirakçı milli komandaların heyətində 100 oyun həddini keçən və hazırda karyerasını davam etdirən futbolçuların siyahısını dərc edib.

Əvvəlki ilə müqayisədə budəfəki siyahıda bəzi dəyişikliklər olub. Ötən mövsümün sonunda futbolla vidalaşan Türkiyə millisinin sabiq kapitanı Emre Belözoğlunun adı siyahıdan çıxarılıb. Həmçinin Yakub Blaşikovski (Polşa), Ştefan Lixştayner (İsveçrə) və İvan Rakitiç (Xorvatiya) yığma karyeralarını bitirdikləri üçün 100-ü keçənlər arasında yer almayıblar.

Əvəzində "100-lüy"ə 7 yeni futbolçu - Qoran Pandev (Şimali Makedoniya), Olivye Jiru (Fransa), Tobi Alderveyreld (Belçika), Kristian Eriksen (Danimarka), Smon Kyaer (Danimarka), Toni Kroos (Almaniya) və Yuri Jirkov (Rusiya) düşüb.

100 oyun həddini keçən futbolçular:

1. Serxio Ramos (İspaniya) - 178 oyun

2. Kriştianu Ronaldu (Portuqaliya) - 170

3. Luka Modriç (Xorvatiya) - 133

4. Joao Moutinyo (Portuqaliya) - 129

5. Marek Hamşik (Slovakiya) - 126

6. Sebastyan Larsson (İsveç) - 125

7. Yan Vertongen (Belçika) - 123

8 - 9. Serxio Buskets (İspaniya) - 120

8 - 9. Uqo Lyoris (Fransa) - 120

10. Robert Levandovski (Polşa) - 116

11. Qoran Pandev (Şimali Makedoniya) - 114

12. Pepe (Portuqaliya) - 113

13. Aksel Vitsel (Belçika) - 110

14. Eden Azar (Belçika) - 106

15 - 16. Corco Kyellini (İtaliya) - 105

15 - 16. Olivye Jiru (Fransa) - 105

17. Tobi Alderveyreld (Belçika) - 104

18. Kristian Eriksen (Danimarka) - 103

19. Smon Kyaer (Danimarka) - 102

20. Toni Kroos (Almaniya) - 101

21. Yuri Jirkov (Rusiya) - 100

Qeyd edək ki, iyulun 11-dək davam edəcək Avropa çempionatına Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu