Azərbaycanlı veteran futbolçu vəfat etdi


Azərbaycanın veteran futbolçusu Hikmət Nəsirov vəfat edib.


"Turan Tovuz" klubunun feysbuk səhifəsində verilən məlumata görə, sabiq məşqçi 56 yaşında dünyasını dəyişib.

Klubdan verilən məlumata görə, Nəsirov şəkərli diabetdən əziyyət çəkib və bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Hikmət Nəsirov Azərbaycan millisinin sabiq futbolçusu, hazırda klubsuz olan Budaq Nəsirovun atasıdır.

H. Nəsirov UGİM (Tovuz) komandasında məşqçi kimi fəaliyyət göstərirdi. O, futbolçu karyerasında Tovuz təmsilçisi "Məhsul"un formasını geyinib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu