Azərbaycanın veteran futbolçusu vəfat edib


Azərbaycan idmanına ağır itki üz verib. Veteran futbolçu Qəhrəman Əliyev vəfat edib.


Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edək ki, 63 yaşlı veteran futbolçu uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. O, 2020-ci ildə koronavirusa yoluxaraq komaya düşmüşdü.
Xatırladaq ki, Qəhrəman Əliyev müxtəlif vaxtlarda "Masallı", MOİK, "Olimpik", "Şəmkir", "Bakı" klublarında məşqçi və baş məşqçi kimi çalışıb. O, Azərbaycan Premyer Liqasında 381 oyunla ən çox oyun keçirmiş baş məşqçi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu