Hacibegiç: "Azərbaycanla Kipri udub, Lüksemburqun büdrəməsini gözləyəcəyik"


"Oyuna yaxşı başladıq, baxımlı qol vurduq. Bundan sonra daha diqqətli olmalı idik".

"Report"un məlumatına görə, bu fikirləri Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibegiç UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda evdə Lüksemburqa 1:2 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Bosniya və herseqovinalı mütəxəssis bildirib ki, rəqibi ciddiyə alsalar da, sonda məğlub olublar: "Qoy, hamı mənə təzyiq göstərsin. Amma biz inamlı mübarizə apardıq. Belə oyunla daha yaxşı nəticəyə layiq idik. Sadəcə, buraxılan qollara mane ola bilmədik".

63 yaşlı baş məşqçi artıq pley-offa vəsiqənin taleyinin onlardan asılı olmadığını söyləyib: "Ümid edirəm ki, vəziyyəti düzəldə biləcəyik. Qrupda Azərbaycan və Kiprlə oyunlarımız qalıb. Hər iki matçda qalib gəlib, Lüksemburqun xal itirməsini gözləyəcəyik".

Qeyd edək ki, bu məğlubiyyətdən sonra Monteneqro millisi liderliyi əldən verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu