PFL ilin son oyunlarının vaxtını açıqlayıb


Azərbaycan Premyer Liqasında XIII turun oyun cədvəli müəyyənləşib.


Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası ilin son turunda matçlarının başlama saatını açıqlayıb.

Eyni gündə baş tutacaq tura “Neftçi” – “Keşlə” görüşü ilə yekun vurulacaq. Bu, Azərbaycan çempionatında 2020-ci ilin son matçı olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Zirə” və “Neftçi” – “Keşlə” oyunu “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
XIII tur
24 dekabr (cümə axşamı)
16:00. “Səbail” – “Qəbələ”
“ASCO Arena”
16:00. “Sumqayıt” – “Sabah”
“Kapital Bank Arena”
16:00. “Qarabağ” – “Zirə”
“Azersun Arena”
18:00. “Neftçi” – “Keşlə”
“Bakcell Arena”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu