"Qarabağ" - "Qəbələ" oyununun vaxtı bəlli olub


Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun oyun cədvəli məlum olub.


AFN.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Tura martın 5-də “Zirə” – “Sumqayıt” matçı ilə start veriləcək. XVIII tur martın 6-da "Qarabağ" - "Qəbələ" qarşılaşması ilə başa çatacaq.

5 mart (şənbə)

17:00. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu

19:15. “Neftçi” – “Səbail”
“Bakcell Arena”

6 mart (bazar)

17:00. “Keşlə” – “Sabah”
“ASK Arena”

19:15. “Qarabağ” – “Qəbələ”
“Azersun Arena”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu