Həm Rusiya, həm İran Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir


Rusiya prezidenti Vladimir Putin İran-Azərbaycan münasibətlərinin gərginləşməsinə eyham vurub.


AFN.az xəbər verir ki, o, bu gün Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında çıxışı zamanı Dağıstan-Azərbaycan-İran yolunun tikintisini tezləşdirməyi təklif edib. Putin vurğulayıb ki, mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, yolun inşasına bütün tərəflər razılıq verib.

Dağıstan-Azərbaycan-İran yolunun tikintisi layihəsi hazırki şərtlər daxilində necə reallaşa bilər?

AFN.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Rusiya prezidentinin səsləndirdiyi təklifi şərh edib. Onun sözlərinə görə, Putin sonuncu cümləsində özü də etiraf edib ki, bölgədə mürəkkəb geosiyasi vəziyyət mövcuddur: "Putin bunu deyərkən hər halda İranla Azərbaycan arasındakı gərgin münasibətləri də nəzərdə tutub. Əlbəttə, Azərbaycan müxtəlif regional layihələrin reallaşmasında maraqlıdır, Şimal-Cənub nəqliyyat dəhlizi də bölgədəki çəkimizi artıra bilər. Ancaq bu layihəni reallaşdırmadan əvvəl İran Azərbaycanla bağlı siyasətini korrektə etməli, təxribatlardan əl çəkməlidir. Şimal-Cənub nəqliyyat dəhlizi Qərbin sərt sanksiyalarından əziyyət çəkən Rusiya və İran üçün əhəmiyyətlidir. Belədirsə, hər iki dövlət Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Ancaq Rusiya bölgədə erməni separatizmini bəsləyir, İran isə həm bunu edir, həm də Zəngəzur dəhlizinin açılmasını əngəlləməyə çalışır. Bu şərtlər altında Şimal-Cənub nəqliyyat dəhlizinin perspektivi dumanlıdır".

Qeyd edək ki, İranın Azərbaycana qarşı təhdid xarakterli hərəkətləri artmaqdadır. Bir neçə gün əvvəl İran hərbi təyyarələrinin Azərbaycan sərhədlərini pozması ciddi skandala səbəb oldu. Qafqaz regionunun cənub sərhədlərində geosiyasi qarşıdurmanın artması ilə nəticələnən bu həmlə İranın Azərbaycanı hərbi müdaxilə ilə təhdid etməsi kimi dəyərləndirildi. Lakin İranın bu addımı atması özünə qarşı beynəxlaq səviyyədə koalisiyanın yaranmasına səbəb olar. Cənub qonşumuz bunu bilməmiş eyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu