Ramil Osmanlı: "Ermənistan uzun illər bizə kompensasiya ödəməyə məcbur olacaq"


"Hesab edirəm ki, Azərbaycan bu haqq işini hüququ baxımdan beynəlxalq məhkəmələrdə təmin edə bilərsə, Ermənistan uzun illər Azərbaycana kompensasiya ödəmək məcburiyyətində qalacaq. Eyni zamanda dövlətlə yanaşı vətəndaşlar da qrup halında Ermənistana qarşı Avropa Məhkəməsində iddia qaldıra bilər. Və yəqin ki, bu iddialar da nəticəsiz qalmayacaq”.



Bunu Qaynarinfo-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. Ekseprt Nazirlər Kabineti yanında bununla bağlı işçi qrupunun yaradıldığını deyib:

"Həmin qrup işğal altında olan ərazilərə dəymiş zərərin müəyyən olunması ilə bağlı işlərə başlayıb. Bütövlükdə hesab edirəm ki, bu istiqamətdə ciddi şəkildə işlər aparılmalı, konkret say müəyyən olunmalıdır. Yəni, burada infrastruktur, mülki obyektlər və mülki əhaliyə dəyən bu və ya digər formada zərərlər var. Bütün bunların hamısı qiymətləndirilməlidir. Bu, geniş bir prosesdir”.

Ramil Osmanlı hesab edir ki, dəymiş zərərin müəyyən olunması üçün ilk növbədə ortada konkret inventarizasiya sənədi olmalıdır:

"Neçə mülki obyektə ziyan dəyib, tam dağıdılmış, təmir və bərpasına ehtiyac olan obyektlərin sayı müəyyən olunmalıdır. Bəzi obyektlərin yenidən qurulmasına, bəzilərinin təmirinə və bərpasına xərclər tələb olunacaq. Mülki əhalinin təsərrüfatlarına da müəyyən zərər dəyib. Nəqliyyat vasitələri də var. Amma bütövlükdə hesab edirəm ki, münaqişə ərazisində Dağlıq Qarabağ və ətraf ərazilərdə itki və təlafatların qiymətləndirilməsi prosesi tam və hərtərəfli şəkildə həyata keçirilməlidir. Bununla bağlı müəyyən rəqəmlər səslənir. Məsələn, bu yaxınlarda bununla bağlı erməni tərəfindən 50 milyard məbləğ səslənmişdi. Eyni zamanda Azərbaycanda müəyyən bir dövrdə itki və təlafatların qiymətləndirilməsi üzrə işçi qrupu fəaliyyət göstərib. Mən həmin işçi qrupunun tərkibində olmuşam. Proses tam başa çatdırılmasa da, müəyyən qədər işlər görüldü. Deyə bilərəm ki, bu rəqəm milyardlarla ölçülür. Yəni, kifayət qədər böyük məbləğlər var”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu