Vilayət Eyvazov Səbailə polis rəisi təyin etdi


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Səbail Rayon Polis İdarəsinə yeni rəis təyin edib.


Nazirin əmri ilə Mingəçevir Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Qasımov vəzifəsindən azad edilərək Səbail RPİ-yə rəis təyin edilib.

H.Qasımov daha əvvəl Sumqayıt RPİ-nin rəis müavini, ondan öncə isə paytaxtın Nərimanov Rayon Polis İdarəsində Cinayət Axtarış Şöbəsinin rəisi olub.

Qeyd edək ki, Səbail RPİ-nin rəisi, polis polkovniki Cavid Muradov avqust ayında tutduğu vəzifədən azad edilərək Bakının Sabunçu rayonuna rəis təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu