Azərbaycanda üç rayona yeni polis rəisi təyin edilib


Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.


AFN xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) rəisi Eldar İlyasov vəzifəsindən azad edilərək, Qusar Rayon Polis Şöbəsinə (RPŞ) rəis, Səbail RPİ-nin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq, Sabunçu RPİ-nə rəis təyin edilib.

Bundan başqa, Samux RPŞ-nin rəisi Polad Qarayev vəzifəsindən azad edilərək, Cəlilabad RPŞ-nə rəis təyin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu