Toy etmək istəyənlərin nəzərinə! Bu şərtlərlə keçirilə bilər


Toy etmək istəyənlərin nəzərinə!


Bu gün müzakirə olunan məsələlərdən biri də karantin rejiminə görə toylara qoyulan qadağa ilə bağlıdır. Bir çoxları iyun ayında toyların keçirilməsinə icazə veriləcəyi ilə bağlı iddialar səsləndirir. İyun ayında toyların keçirilməsinə icazə verilə bilərmi?

AFN xəbər verir ki, bununla bağlı "Sonxeber.az"a danışan deputat Aydın Mirzəzadə bildirib ki, karantin rejimi bir çox məhdudiyyətlər tələb edir:

"Bilirsiniz ki, insanlar toylarda kütləvi şəkildə bir yerə toplaşırlar. Mən müəyyən məhdudiyyətlər qoyularaq toyların keçirilməsinin tərəfdarıyam. Ola bilsin ki, az qonaqla, sosial məsafə gözlənilməklə və qoyulan qaydalara riayət etməklə toyları keçirmək olar. Çünki bir çox ailələr yaz, yay aylarında övladlarının xeyir işini etmək istəyirdilər.

Bu vəziyyət onların planlarını pozur. Bir il ərzində toyların keçirilməməsi bizə demoqrafik zərbə vura bilər. Bu baxımdan müəyyən məhdudiyyətlər tətbiq etməklə, şadlıq saraylarının üzərinə öhdəliklər qoymaqla toyları etmək olar".

Operativ Qərargahın rəsmisi İbrahim Məmmədov bildirib ki, hələlik bununla bağlı qərar yoxdur:

"Hər şey yoluxmanın və sağalmanın dinamikasından asılıdır. Amma bu günə bu barədə heç bir dəqiq məlumat yoxdur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu