Toyların keçirilməsinə icazə verilə bilər - AVQUST AYINDAN...
Bir neçə gündür Azərbaycanda xüsusi karantin rjiminin yumşaldılacağı ilə bağlı məlumatlar yayılıb.
Bu yumşaldılmalardan sonra toyların keçirilməsinə icazə verilə bilərmi?
Məsələ ilə bağlı redaktor.az-a açıqlama verən millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, toyların keçirilməsinə icazənin verilməsi üçün ölkədəki vəziyyət dəqiq analiz olunmalıdır:
“Əlbəttə, toyların keçirilməsinə icazələrin verilməsi məsələsi çox önəmlidir. İnsanlar bu bərpanı səbirsizliklə gözləyir. Amma bunun üçün düzgün analiz aparılmalı və nəticəyə uyğun olaraq qərar verilməlidir.
Hesab edirəm ki, bu kimi məsələlərdə maksimum dərəcədə ehtiyyatlı olmaq, gedişatı düzgün analiz etmək lazımdır. Hazırda virusla mübarizədə müsbət nəticələr əldə etsək də, yanlış qərarla hər şeyi əvvələ qaytara bilərik”.