Milli Məclisdə toylarla bağlı TƏKLİF - Açıq havada toylar keçirilsin
“Artıq istilər düşüb. Hesab edirəm ki, açıq havada toyların keçirilməsinə icazə vermək lazımdır”.
AFN Report-a istinadla xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı çıxış edən deputat Razi Nurullayev deyib.
“Toyların keçirilməsinə icazənin verilməsi həm də bir neçə şəxsin işləməsi deməkdir”, - deputat bildirib.