Ağstafa sakinindən narkotik vasitə götürülüb


Ağstafa rayon sakinində narkotik vasitə aşkarlanıb.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AFN-ə verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin, Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsinin və Böyük Kəsik Sərhəd Nəzarət Şöbəsinin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Sadiqli kənd sakini Seymur Namazov saxlanılıb.

S.Namazovun bacısına məxsus rayonun Sadıqlı kəndindəki yarımtikiliyə baxış keçirilən zaman oradan 1 ədəd sellofan torbada 6 ədəd litirlik plastik butulkada ümumi çəkisi 6 kq 205 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitəni Gürcüstan Respublikasında yaşayan Mahir adlı şəxsin onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq 6 000 manat müqabilində qeyri-qanuni yollarla ona göndərməyini bildirib.

Hazırda S.Namazovla cinayət əlaqəsinə girən şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Götürülən maddi sübutlar istintaqa təhvil verilib, saxlanılan şəxslə bağlı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu