Samux sakinindən 4 kq narkotik götürüldü


Samux rayon sakinində narkotik vasitə aşkar edilib.



Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan AFN-ə verilən məlumata görə, daxil olan məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlamaqda şübhəli bilinən rayonun Kövər kənd sakini, əvvəllər məhkum olunmuş Taleh Məmmədov saxlanılıb.

Ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman tövlədən 4 kq 60 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadə üçün əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu