General-mayor: "Hərbi liseyin 60 zabiti Vətən müharibəsində iştirak edib"


"Sentyabrın 27-də başlamış Vətən müharibəsində Hərbi liseyin 60 nəfərlik zabit heyəti döyüş əməliyyatlarında iştirak edib".



"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi, general-mayor Bəkir Orucov deyib.

"Onlardan 3 nəfəri yaralanıb, 1 nəfər zabitimiz - mayor Asiman Əliyev isə şəhid olub. Liseyin məzunlarından 18 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" adı, 100-lərlə məzun olan zabitlərimiz isə orden və medallarla təltif olunub", - general-mayor əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu