General Bəkir Orucov Müdafiə Nazirliyində yeni vəzifəyə təyin edilib
![](/uploads/posts/2021-09/1632817086_1d77773e-601b-32f5-b59b-aeaac2ef8712_850.jpg)
Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi general-mayor Bəkir Orucov vəzifəsindən azad edilib.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, o, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat Şöbəsinin rəisi təyin edilib.
Hələlik Cəmşid Naxçıvanski adına Hərbi liseyinə yeni rəis təyin edilməyib.