Ağdamda fəhlələr kəhrizi təmizləyərkən insan skeleti tapıblar - FOTOLAR


Ağdam rayonun Əhmədağalı kəndi ərazisində kəhriz quyularında təmizləmə işləri aparan işçilər insana məxsus, kəllə, qabırğa və ayaq sümükləri aşkar ediblər.



Kəhriz quyularını bərpa edən işçilərdən biri Sakit Şirinov bildirib ki, insan sümükləri onlar ərazidə işləyən zaman tapılıb: "Burada işləyirdik, təsadüfən qabağımıza insan skeleti çıxdı. Həmin bu ərazi bizim qrunt çıxardıb tökdüyümüz yerdir. Ekskavator buranı qazan zaman ərazidə sümük göründü. Yaxınlaşıb baxanda gördük ki, insan sümükləridir. Digər iş yoldaşlarımızla birgə sümükləri çıxardıb yuxarı hissəyə açıq əraziyə qaldırıb yığdıq. Daha sonra da aidiyyatı qurumlara məlumat verdik."

Hadisə ilə bağlı dərhal ərazi üzrə icra nümayəndəliyinə və hüquq-mühafizə orqanlarına məlumat verilib.( Sputnik Azərbaycan)








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu