Ağdamda insan sümükləri tapıldı


Ağdam rayonu ərazisində naməlum insan sümükləri aşkar edilib.



AFN.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 22-də daxil olmuş məlumat əsasında polis, prokurorluq və təhlükəsizlik xidməti əməkdaşlarının iştirakı ilə işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı oradan insan sümükləri aşkar olunub.

Onların 1992-ci ildə öldürülərək basdırılması ehtimal olunur.

Sümüklərin kimə aid olması müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu