Koronavirusa görə distant təhsilə keçən məktəblərin sayı artdı


Fevralın 1-21-də ölkə üzrə virusa yoluxmuş şagirdlərin sayı açıqlanıb.



Təhsil Nazirliyindən bildirilib ki, həmin müddətdə 225 (əyani tədrisə cəlb olunmuş şagirdlərin 0,03 faizi), virusa yoluxmuş işçi heyətinin sayı 159 nəfər (ümumi işçi sayının 0,13 faizi) təşkil edib.

Qeyd olunub ki, fevralın 22-dək distant təhsilə keçirilən siniflərin sayı 84, distant təhsilə keçirilən məktəblərin sayı 4-dür: "Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilən təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir".

Xatırladaq ki, fevralın 1-dən əyani tədris qismən bərpa olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu