Fransa Qran-prisinin biletləri satışa çıxarıldı


"Formula 1" üzrə Fransa Qran-prisinin biletləri satışa çıxarılıb.


"Report" xəbər verir ki, 25 - 27 iyunda keçiriləcək yarış üçün biletlərin qiyməti 199 - 299 avro arasında dəyişir.

Qran-prinin yalnız ilk gününü izləmək istəyən azarkeşlər 199 avro ödəməlidir. İlk 2 gün üçün qiymət 259, tam paket üçün isə 299 avrodur.

Qeyd edək ki, ötən gün Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti 2021-ci ildə bütün Qran-prilərin tamaşaçısız keçiriləcəyini açıqlayıb. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu