DİN-dən “Nida”çı gəncin saxlanılması ilə bağlı açıqlama


Daxili İşlər Nazirliyi hazırda inzibati həbsdə olan Nidaçı gənc Elmir Abbasov saxlanılarkən polislər tərəfindən təzyiqə və təhqirə məruz qaldığı barədə iddialara münasibət bildirib.



DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, səsləndirilən iddiaların tam əksinə olaraq E.Abbasov saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, işgəncə və ya təhqiredici hərəkətlər olmayıb: “Onun saxlanılması qanunamüvafiq qaydada həyata keçirilib.

Elmir Abbasov məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub. Anası da Elmirlə görüşüb və oğlunun saxlanma şəraiti, qidalanması və eləcə də ümumi əhvalı barədə iradının olmadığını bildirib”.

Qeyd edək ki, E.Abbasov İnzibati Xətalar Məcəlləsinin 206-cı (narkotik vasitələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması) maddəsi ilə təqsirləndirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu