Paşinyanın işdən çıxardığı general sərəncamın ləğvi üçün məhkəməyə müraciət edib


Ermənistanın milli qəhrəmanı, bu yaxınlarda Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilən general-leytenant Tiran Xaçatryan işdən çıxarılması barədə prezidentin sərəncamının ləğv olunması tələbi ilə məhkəməyə müraciət edib.




“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, onun vəzifədən azad olunması haqqında təklifi baş nazir Nikol Paşinyan vermişdi.

Məhkəməyə üçüncü tərəf olaraq Baş Nazir Aparatı və Ermənsitan Silahlı Qüvvələrinin Baş Qərargahı cəlb olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu