Azərbaycanla Ermənistan arasında dəyişdirilən əsirlərin sayı açıqlandı


"Bu günədək rusiyalı sülhməramlıların vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında 79 əsir dəyişdirilib”.



AFN Qafqazinfo-ya itinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə erməni jurnalistin mübadilə olunan əsirlərin sayı ilə bağlı sualına cavab olaraq deyib.

"Bu problemə tərəflərin münasibəti fərqlidir. Məlumatlar mütəmadi. Rəsmi İrəvanın istifadə etdiyi rəqəmlər vaxtaşırı dəyişir. Bakıdan isə başqa məlumatlar verilir. Bu uyğunsuzluğu nəzərə alaraq birbaşa tərəflərlə əlaqə saxlamağınızı tövsiyə edirəm.

Hazırda rusiyalı sülhməramlıların vasitəçiliyi ilə ümumilikdə 79 əsir mübadilə edilib: 63-ü Ermənistan tərəfinə, 16-sı Azərbaycana təhvil verilib.

Rəsmi Moskvanın bu məsələdə mövqeyini bir daha ifadə etmək istəyirəm: ən optimal variant "hamının hamıya” prinsipidir.

Güman edirik, məsələnin tezliklə həll olunması tərəflərə faciəvi səhifələri bağlamağa və əsas diqqəti iqtisadi sahədə əməkdaşlığı müsbət yöndə inkişaf etdirmək üçün yönəltməyə imkan verəcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu