Azərbaycana və Ermənistana qaytarılan hərbçilərin sayı açıqlandı


“Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 2020-ci ilin dekabrından ümumilikdə 146 nəfər geri qaytarılıb: 127-si Ermənistan tərəfinə, 19-u Azərbaycan tərəfinə”.


“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinq zamanı deyib.

"Rusiya Azərbaycanın bu il fevralın 7-də səkkiz hərbçisinin Ermənistan tərəfinə təhvil verməsini alqışlayır. Ermənistan-Azərbaycan münasibətlərində problem yaradan bu qıcıqlandırıcı məsələni nəhayət, tezliklə aradan qaldırmaq, məhbusların mübadiləsini “hamının hamıya” prinsipi üzrə başa çatdırmaq vacibdir”, - deyə Zaxarova qeyd edib.

Xatırladaq ki, Azərbaycan fevralın 7-də daha 8 erməni hərbçini Ermənistana qaytarıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu