Xaçmazda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlandı


Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.



Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xaçmaz rayon sakini Zəki İskəndərova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən olunub və o, rayon ərazisində aşkar edilərək, yaşadığı ünvana qaytarılıb.

COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu