Naxçıvan Qarnizonu Qoşunlarında növbəti məşğələlər keçirilib


Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib.



AFN xəbər verir ki, məşğələlər Əlahiddə Ümumqoşun Ordunun birinci eşelon birləşmələrinin müdafiə zolağında müdafiə və əks-hücum tapşırıqlarının yerinə yetirilməsi mövzuları üzrə taktiki və taktiki-sıra formasında keçirilib.

Məşğələlərin keçirilməsi zamanı 44 günlük Vətən müharibəsi iştirakçılarının təcrübələrinin öyrənilməsi məqsədilə yüksəkliklərə hücumun təşkili və aparılması üçün döyüşün müxtəlif epizotları üzrə bölmələrin fəaliyyəti göstərilib.

Birləşmənin Təlim-Tədris Mərkzində keçirilən yekunda zabitlərin hazırlığının əsasını müstəqil hazırlıq təşkil etdiyi bildirilərək hər bir zabitə fərdi tapşırıqlar və növbəti məşğələlərə hazırlıq üzrə göstərişlər verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu