Bakıda və Şəmkirdə 10 min manatlıq oğurluq edən şəxslər saxlanıldı


Bakıda və Şəmkirdə oğurluq edən şəxslər tutulub.

Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da rayon ərazisindəki evlərin birindən 4 358 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Vəliyev və Q.Məmmədov saxlanılıblar.

Bundan başqa, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da rayon ərazisindəki evlərin birindən 5 400 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şəmkir şəhər sakini C.Məmmədli saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu