Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır


Bu gündən "Azəristiliktəchizat" ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandıracaq.

Bunu “Report”a açıqlamasında səhmdar cəmiyyətinin rəsmisi Rafiq Əliyev bildirib.

Bununla belə, onun sözlərinə görə, bəzi dağlıq və dağətəyi rayonlarda istilik təchizatı mayın 1-nə qədər davam edəcək.

"Bu gündən ümumilikdə 3 800 yaşayış binasına, həmçinin layihə üzrə 287 orta məktəbə, 162 uşaq bağçasına, 160 səhiyyə müəssisəsinə və 1 800-ə yaxın digər sosial-təsərrüfat obyektinə verilən istilik dayandırılacaq. Bu isə 559 qazanxana və 90 istilik məntəqəsinin fəaliyyətini dayandırması deməkdir. Onu da qeyd edim ki, bu qərar isti su ilə təmin etdiyimiz abunəçilərə şamil edilmir", - deyə R.Əliyev qeyd edib.

Azərbaycanda hər il istilik mövsümü noyabrın 15-də başlayər, növbəti il aprelin 15-də başa çatıb. Ötən il "Azəristiliktəchizat"ın Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə 18 milyon manat borcu olması səbəbindən əhaliyə istiliyin verilməsi noyabrın 18-nə qədər yubanmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu