Nazirlik rəsmisi: "İstedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu nəzərdə tutulmayıb"


"Qanunvericilikdə xüsusi istedadlı uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu ilə bağlı müddəa yoxdur. Birinci sinifə qəbul adi qaydada aparılır. Təqvim ili ərzində 6 yaşı bitən uşaqların I sinfə qəbul üçün proqram təminatı üzrə sorğu verilə bilər".



"Report" xəbər veri ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov 2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbulla bağlı danışarkən deyib.

"Təqvim ili ərzində 8 yaşını tamamlamış uşaqlar da I sinfə qəbul oluna bilərlər. Əgər uşaqğın yaşı 8-dən yuxarıdırsa, o halda uzunmüddət təhsildən kənarada qalan şəxslər üzrə fərdi təhsil üzrə I sinfə qəbul edilir, - o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu