Səfir: “Böyük Britaniya istixana tullantılarını 78% azaldacaq”


Böyük Britaniya iddialı iqlim dəyişikliyi hədəfini elan edib - tullantılar 2035-ci ilədək 1990-cı illə müqayisədə 78% azaldılacaq”.



“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tvitter səhifəsində yazıb.

Qeyd edək ki, indi Britaniya 2030-cu ilədək istixana tullantılarını yalnız 68% azaltmaq niyyətindədir. Yeni hədəfə çatmaq üçün hökumət ət istehsalını azaltmağı, bərpa olunan enerji mənbələri və elektromobillərin tətbiqini sürətləndirməyi planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu